Gürcüstanda son sutkada daha 2 859 nəfər koronavirusa yoluxub, 2 754 nəfər sağalaraq evə buraxılıb, 18 pasiyent isə vəfat edib.
Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə virusa yoluxanların ümumi sayı 54 852-yə çatıb. Onların 39 773-ü sağalıb, 441-i isə dünyasını dəyişib.
Hazırda karantin rejimində 3 015, stasionar nəzarətdə 4 670 nəfər saxlanılır. Xəstəliyi yüngül formada keçirən 2 599 nəfər isə xüsusi otellərdə müalicə olunur.