Gürcüstanda son sutka ərzində daha 227 nəfər koronavirusa yoluxub, 69 pasiyent sağalıb, 1 nəfər vəfat edib.
Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə virusa yoluxanların ümumi sayı 4 140 nəfərə, sağalanların sayı isə 1 643 -ə çatıb. Xəstəlikdən 24 nəfər dünyasını dəyişib.
Hazırda karantində 5 255, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır. Simptomsuz 640 xəstə isə xüsusi otellərdə müalicə olunur.