Gürcüstanda son sutkada ərzində daha 326 nəfər koronavirusa yoluxub.
Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə virusa yoluxanların sayı 6 192-yə çatıb. Onların 2 324-ü sağalıb, 36-sı isə vəfat edib.
Hazırda karantində 5 413, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır. Xəstəliyi simptomsuz keçirən 869 nəfər isə xüsusi otellərdə müalicə olunur.