Gürcüstanda daha 6 nəfər yeni növ koronavirusa yoluxub.
Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan hökuməti məlumat yayıb.
Bununla da koronavirusa yoluxanların sayı 431-ə çatıb. Onların 114-ü sağalıb, 5-i isə ölüb.
Hazırda karantində 5 126, stasionar nəzarətdə isə 578 nəfər saxlanılır.