Gürcüstanda daha bir şəxsdə koronavirus aşkarlanıb.
Yenicag.az xəbər verir ki,Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamkrelidze həmin şəxsin İtaliyadan qayıtdığını bildirib:
“Daha bir koronavirusa yoluxan şəxs qeydə alınıb. Bu şəxs İtaliyadan səfərdən qayıdıb. O, İtaliya vətəndaşıdır və səhhəti qənaətbəxşdir”.
Xatırladaq ki, fevralın 26-da Gürcüstanda koronavirusa ilk yoluxma hadisəsi təsdiqlənib. Xəstə İrandan gələn 50 yaşlı Gürcüstan vətəndaşıdır. O Gürcüstana Azərbaycandan keçərək daxil olub.