Gürcüstanda “donuz qripi”ndən ölənlərin sayı 19-a çatdı

Gürcüstanın Kutaisi şəhərində 32 yaşlı qadın “donuz qripi”ndən ölüb.

Yenicag.az xəbər verir ki, qadının A (H1N1) virusundan ölməsi laboratoriya şəraitində təsdiq olunub.

adı açıqlanmayan həmin qadının bu yaxınlarda ana olduğu bildirilir.

Beləliklə, qonşu ölkədə “donuz qripi”ndən ölənlərin sayı 19-a çatıb./Report/