Gürcüstanın Zuqdidi şəhərində “donuz qripi” adlandırılan A (H1N1) virusundan bir nəfər ölüb.
Yenicag.az xəbər verir ki, həmin şəxs qrip simptomları ilə xəstəxanaya yerləşdirilib və ötən gün dünyasını dəyişib.
Bununla da qonşu ölkədə “donuz qripi”ndən ölənlərin sayı 20 nəfərə çatıb.
Hazırda Zuqdidi xəstəxanasında 19 pasiyent qripdən müalicə olunur. Onlardan 6-sı uşaqdır./Report/