“Gürcüstanda QHT-lər regionda maraqlı olan ölkələrin əlində vasitə idi”.
Bu fikri Yenicag.az-a açıqlamasında Gürcüstanda baş verən prosesləri şərh edən politoloq Yusif Bağırzadə səsləndirib.
Yusif Bağırzadənin sözlərinə görə, Gürcüstan müxalifəti istədiyinə nail ola bilməyəcək.
“Gürcüstanda qəbul olunacaq qanun Avropa İttifaqında da müzakirədədir. Bir çox dövlətlərdə bu qanun qəbul olunub. Qeyri-Hökumət Təşkilatları (QHT) bu və ya digər qüvvələrin əlində istifadə olunur. Gürcüstan Avropa İttifaqına və NATO-ya inteqrasiya ilə əlaqədar QHT-ləri fəaliyyətini görməzdən gəlirdi. QHT-lər isə istədikləri kimi davranırdı. QHT-lər hökuməti barmağında oynadacaq səviyyəyə gəlmişdi. Ancaq qanuna etiraz edənlərin prespektivini görmürəm. Gürcüstanda hakimiyyət kifayət qədər güclüdür”, – deyə o bildirib.
Politloloq qeyd edib ki, Gürcüstanda stabillik Azərbaycana lazımdır:
“Gürcüstan Azərbaycanın Avropaya çıxışıdır. Azərbaycanla Gürcüstanın maraqları eynidir.
Gürcüstanda müxalifətlə hakimiyyət ortaq yol tapacaq. Böyük ehtimalla, Gürcüstan prezidentinin hakimiyyətdən getməsi məsələsi də həll olunacaq”.
Səxavət Məmməd