!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gürcüstanda Gənclər Fondunun dəstəyi ilə beynəlxalq forum keçiriləcək

!Reklam – Yazi

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Gürcüstanda “Regionda gənclərin və medianın sülhə dəstəyi” adlı beynəlxalq forum keçiriləcək.

Yenicag.az xəbər verir ki, öz işinə 15 oktyabrda başlayacaq forumun birinci hissəsi Tblisi şəhərində, ikinci hissəsi isə Marneuli şəhərində baş tutacaq.

Forumda Azərbaycanın və Gürcüstanın rəsmi şəxsləri, tanınmış ictimai xadimlər, media və gənclər təşkilatlarının rəhbərləri iştirak edəcək.

Qeyd edək ki, tədbirin rəsmi tərəfdaşları Azərbaycanın Gürcüstandakı Səfirliyi və Azərbaycan Diasporuna Dəstək Fondudur.

www.yenicag.az

339
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv