Gürcüstanda helikopter qəzaya uğradı: 3 nəfər öldü

Gürcüstanda Kazbeqi bölgəsində, Stepantsiminda qəsəbəsi yaxınlığındakı dağlıq ərazidə helikopter qəzaya uğrayıb.

Yenicag.az  xəbər verir ki, hadisə nəticəsində üç nəfər ölüb.

Qəzanın səbəbləri hələlik məlum deyil. Gürcüstanın Mülki Aviasiya Agentliyi helikopterdə “qara qutu”nun olmadığını açıqlayıb.

Amerika-Kanada birgə istehsalı olan BELL-505 markalı helikopter 2018-ci ildə istehsal olunub. Bu ilin may ayında helikopter texniki baxışdan keçib. Hadisə şahidlərinin sözlərinə görə, helikopter 50-60 metr hündürlükdə uçub və havada alovlanıb.

Ölənlərin birinin pilot, ikisi isə otel işçisi olduğu bildirilir./publika.az/