!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gürcüstanda karantin qaydaları sərtləşdirildi

!Reklam – Yazi

Yaranmış ağır epidemioloji vəziyyət səbəbindən noyabrın 28-dən etibarən Gürcüstanın Tbilisi, Batumi, Kutaisi, Rustavi, Qori, Poti, Zuqdidi və Telavi kimi böyük şəhərlərində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris prosesi onlayn rejimə keçiriləcək.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Dövlət Qurumlarıarası Koordinasiya Şurası qərar qəbul edib.

Qərara əsasən böyük şəhərlərdə açıq və qapalı məkanlarda bütün sərgilər ləğv olunacaq. Aptek, baytarlıq, qida və təmizlik məhsulları satılan obyektlər istisna olmaqla bütün ticarət obyektlərinin fəaliyyəti məhdudlaşdırılacaq və onların fəaliyyətinə yalnız çatdırma xidməti şəklində icazə veriləcək. Eyni məhdudiyyətlərin Gürcüstanın qış kurort zonaları hesab edilən Bakuriani, Qudauri, Qoderdzi və Mestiada da tətbiq ediləcəyi bildirilib.

Bu müddət ərzində vətəndaşlar və nəqliyyat vasitələrinin hərəkəti 31 dekabr və 6 yanvar istisna olmaqla saat 21:00-dan saat 05:00-dək məhdudlaşdırılacaq.

Özəl və dövlət uşaq bağçalarının fəaliyyəti isə tam dayandırılacaq.

Bununla yanaşı, şəhərlərarası nəqliyyatın hərəkəti dayandırılacaq. Fərdi avtomobillə hərəkət və taksilərin fəaliyyətinə icazə veriləcək.

Restoran və kafelərdə yerində xidmət, idman obyektərinin fəaliyyəti, kütləvi tədbirlərin keçirilməsi qadağan olunacaq.

Qərara əsasən, sərt karantin rejimi yanvarın 31-dək qüvvədə saxlanılacaq.

www.yenicag.az

793
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv