Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Gürcüstanda koronavirusa 3-cü yoluxma halı - Məktəblərdə vaxtından əvvəl tətil elan olundu

Gürcüstanda koronavirusa 3-cü yoluxma halı aşkarlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

O qeyd edib ki, virus İrandan qayıdan Gürcüstan vətəndaşında təsdiq olunub.

Gürcüstanda koronavirusun yayılması təhlükəsinin qarşısının alınması məqsədilə məktəblərdə də yaz tətilinin başlanma vaxtı dəyişdirilib.

Bu barədə Gürcüstanın Dövlət Qurumlarıarası Koordinasiya Şurası qərar qəbul edib.

Qərara əsasən, tətil martın 9-u əvəzinə martın 2-dən etibarən başlayacaq və ayın 16-dək davam edəcək.

Şuranın digər qərarı ilə ictimai nəqliyyat və uşaq bağçalarında dezinfeksiya tədbirləri gücləndiriləcək./Report/

www.yenicag.az

475
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100