Gürcüstanda koronavirusa 4673 yeni yoluxma faktı aşkarlandı

Gürcüstanda daha 4 673 nəfər koronavirusa yoluxub, 3 893 nəfər müalicə olunaraq sağalıb, 36 pasiyent isə vəfat edib.

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bunjnla da qonşu ölkə üzrə COVID-19-a ümumi 169 649 yoluxma faktı təsdiqlənib. Yoluxanların 141 392-si sağalıb, 1 576-sı isə ölüb.