Gürcüstanda koronavirusa daha 10 nəfər yoluxub.
Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da, ölkədə indiyədək koronavirusa yoluxan şəxslərin sayı 1 049-a çatıb. Onların 903-ü sağalıb, 16-sı isə vəfat edib.
Hazırda Gürcüstanda karantində saxlanılanların sayı 5 534, tibbi nəzarətdə olanların sayı isə 267 nəfər təşkil edir.