Gürcüstanda son sutkada daha 8 nəfər koronavirusa yoluxub.
Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan hökuməti məlumat yayıb.
Bununla da, qonşu ölkədə indiyədək koronavirusa yoluxanların ümumi sayı 1 018-ə çatıb. Həmin şəxslərin 895-i artıq sağalıb, 15-i isə vəfat edib.
Hazırda ölkə üzrə karantində 5 497, tibbi nəzarətdə isə 249 nəfər saxlanılır. Gürcüstanda xarici ölkələrdən gətirilən 41 ölkə vətəndaşı da xəstəlikdən müalicə olunur.