Gürcüstanda son sutkada koronavirusa daha 5 nəfər yoluxub.
Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da, qonşu ölkədə virus aşkarlanan şəxslərin ümumi sayı 1 160-a çatıb. Onların 935-i müalicə olunaraq sağalıb, 17-si isə vəfat edib.
Hazırda Gürcüstan üzrə karantində 6 489 nəfər, stasionar nəzarətdə isə 337 nəfər saxlanılır.