Gürcüstanda son sutkada daha 3 nəfər koronavirusa yoluxub.
Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə indiyədək virusa yoluxanların sayı 1 182-yə çatıb. Onların 962-si sağalıb, 17-si isə vəfat edib.
Hazırda Gürcüstan üzrə karantində 7 007, tibbi nəzarətdə isə 280 nəfər saxlanılır.