Gürcüstanda koronavirusa yoluxanların sayı 12 mini ötdü

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa daha 478 nəfər yoluxub, 6 nəfər ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 12 272 nəfərə, ölənlərin sayı 91 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 5590 nəfər karantində saxlanılır, 836 nəfər isə stasionar şəraitdə müalicə olunur. Virusa yoluxanlardan 6538 nəfərin sağaldığı bildirilir.

COP29