Gürcüstanda daha 9 nəfər koronavirusa yoluxub.
Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə virusa ümumi yoluxanların sayı 1 225 nəfərə, sağalanların sayı isə 1 000 nəfərə çatıb. 17 nəfər xəstəlikdən vəfat edib.
Hazırda Gürcüstan üzrə karantində 7 068, tibbi nəzarətdə isə 250 nəfər saxlanılır.