Gürcüstanda koronavirusa yoluxanların sayı 1264 nəfərə çatdı

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa daha 14 nəfər yoluxub.

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 264 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 6 930 nəfər karantində saxlanılır, 263 nəfər isə stasionar şəraitdə müalicə olunur. Virusa yoluxanlardan 1 054 nəfərin sağaldığı, 17 nəfərin isə vəfat etdiyi bildirilir.