Gürcüstanda koronavirusa yoluxanların sayı 1341 nəfərə çatdı

Gürcüstanda son sutkada koronavirusa daha 5 nəfər yoluxub.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da qonşu ölkədə indiyədək virusa yoluxanların sayı 1 341-ə, sağalanların sayı isə 1 092-yə çatıb. Xəstəlikdən 17 nəfər vəfat edib, 232 aktiv koronavirus xəstəsinin müalicəsi isə davam etdirilir.

Hazırda Gürcüstan üzrə 7 082 nəfər karantində, 249 nəfər isə tibbi nəzarətdə saxlanılır.