Gürcüstanda koronavirusa yoluxanların sayı 1385 nəfərə çatdı

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa daha 15 nəfər yoluxub.

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. 

Bununla da ölkədə virusa yoluxanların sayı 1 385 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 6 903 nəfər karantində saxlanılır.

Virusa yoluxanlardan 1 128 nəfərin sağaldığı, 17 nəfərin isə vəfat etdiyi bildirilir.