Gürcüstanda son sutka ərzində daha 8 nəfər koronavirusa yoluxub.
Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə indiyədək virusa yoluxanların sayı 1 455-ə çatıb. Yoluxanların 1 196 nəfəri sağalıb, 19-u isə vəfat edib.
Hazırda Gürcüstan üzrə karantində 5 943, tibbi nəzarətdə isə 252 nəfər saxlanılır.