Gürcüstanda son sutka ərzində koronavirusa daha 23 nəfər yoluxub.
Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan hökuməti məlumat yayıb.
Bununla da qonşu ölkədə virusa ümumi yoluxanların sayı 1 510 nəfərə, sağalanların sayı isə 1 243-ə çatıb. 19 nəfər xəstəlikdən vəfat edib.
Hazırda Gürcüstan üzrə karantin zonalarında 5 828, tibbi nəzarətdə isə 232 nəfər saxlanılır.