Gürcüstanda koronavirusa yoluxanların sayı 164 mini ötdü

Gürcüstanda son sutka ərzində koronavirusa 2 501 yeni yoluxma faktı qeydə alınıb, 3 988 nəfər sağalıb, 36 pasiyent isə vəfat edib.

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma göstəricisi 164 976 nəfərə çatıb. Onların 137 499-u sağalıb, 1 540-ı isə ölüb.

Hazırda karantin rejimində 1 267, stasionar nəzarətdə isə 6 963 nəfər saxlanılır. 3 744 nəfər isə xüsusi otellərdə müalicə ilə təmin olunur.