!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Gürcüstanda koronavirusa yoluxanların sayı 206 mini ötdü

!Adviad

Gürcüstanda ötən sutkada koronavirusa daha 2 904 yeni yoluxma qeydə alınıb, 4 316 nəfər müalicə olunaraq sağalıb, 53 pasiyent isə vəfat edib.

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da ölkədə koronavirusa ümumi yoluxanların sayı 206 907 nəfərə çatıb, onların 175 842-si sağalıb, 2 055-i isə ölüb.

Karantin rejimində 465, stasionar nəzarətdə 6 553 nəfər saxlanılır. Xəstəliyi yüngül və ya simptomsuz keçirən 1 971 nəfər isə xüsusi otellərdə müalicə olunur.

www.yenicag.az

288
Ads
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100