Gürcüstanda koronavirusa yoluxanların sayı 879 nəfərə çatdı

Gürcüstanda yeni növ koronavirusa daha 15 yoluxma faktı qeydə alınıb.

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan höküməti məlumat yayıb.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 879 nəfərə çatıb. Yoluxanlardan 704 nəfər sağalıb, 14 nəfər isə dünyasını dəyişib.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 2 795 nəfər karantində saxlanılır, 252 nəfər isə stasionar şəraitdə müalicə olunur.

COP29