Gürcüstanda son sutka ərzində koronavirusa daha 3 nəfər yoluxub.
Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan hökuməti məlumat verib.
Bununla da, ölkədə koronavirusa yoluxanların sayı 911-ə çatıb. Onların 761-i sağalıb, 14-ü isə vəfat edib.
Hazırda ölkə üzrə karantində 2 662, stasionar nəzarətdə isə 255 nəfər saxlanılır.