Gürcüstanda son sutka ərzində koronavirusa daha 2 nəfər yoluxub.
Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
Bununla da yoluxanların sayı 2 nəfər artaraq 921-ə çatıb. İndiyədək qonşu ölkədə COVID-19 aşkarlanan şəxslərin 781-i sağalıb, 14-ü isə vəfat edib.
Hazırda ölkə üzrə karantində 2 687, stasionar nəzarətdə isə 207 nəfər saxlanılır.