Gürcüstanda daha 2 nəfərə koronavirusa yoluxub.
Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan hökuməti məlumat yayıb.
Bununla da, ölkədə koronavirusa yoluxanların sayı 928-ə çatıb. Onların 794-ü sağalıb, 15-i isə vəfat edib.
Hazırda ölkə üzrə karantində saxlanılanların sayı 2 809, stasionar nəzarətdə olanların sayı isə 229 nəfər təşkil edir.