Gürcüstanda koronavirusa yoluxanların sayı 939-a çatdı

Gürcüstanda son sutka ərzində koronavirusa daha 8 nəfər yoluxub.

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan hökuməti məlumat yayıb.

Bununla da, indiyədək qonşu ölkədə koronavirusa yoluxanların sayı 939-a çatıb. Onların 817-si müalicə olunaraq sağalıb, 15-i isə vəfat edib.

Hazırda ölkə üzrə karantin zonalarında 3 080, tibbi nəzarətdə isə 242 nəfər saxlanılır.