Gürcüstanda koronavirusa yoluxanların sayı ARTDI

Gürcüstanda daha 6 nəfərdə koronavirus aşkarlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da, qonşu ölkədə virusa yoluxanların sayı 1 137 nəfərə çatıb. Daha 2 nəfər dünyasını dəyişib. Ölənlərin sayı 16 nəfərdir. Sağalanların sayı isə 922 nəfərə çatıb.

Hazırda Gürcüstan üzrə karantində 6 439, stasionar nəzarətdə isə 326 nəfər saxlanılır.