Gürcüstanda koronavirusa yoluxanların sayı artdı

Gürcüstanda son sutkada koronavirusa 2 316 yeni yoluxma faktı təsdiqlənib, 382 nəfər sağalıb, 18 pasiyent isə ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxanların sayı 232 079 nəfərə çatıb. Onların 222 787-si sağalıb, 2 646-sı isə vəfat edib.

Karantin rejimində 377, stasionar nəzarətdə 4 012 nəfər saxlanılır. Xəstəliyi yüngül formada keçirən 763 nəfər isə xüsusi otellərdə müalicə olunur.