Gürcüstanda koronavirusa yoluxanların sayı ARTDI – STATİSTİKA

Gürcüstanda son sutkada koronavirusa daha 19 nəfər yoluxub.

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da, qonşu ölkədə koronavirusa ümumi yoluxanların sayı 1 104 nəfərə çatıb. Bu şəxslərin 914-ü sağalıb, 16-sı isə vəfat edib.

Hazırda Gürcüstan üzrə karantində 5 936, stasionar nəzarətdə isə 268 nəfər saxlanılır.