Gürcüstanda koronavirusa yoluxanların sayı ARTDI – STATİSTİKA

Gürcüstanda daha 13 nəfərdə koronavirus aşkarlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Qonşu ölkədə daha 5 nəfər dünyasını dəyişib. Ölənlərin sayı 16 nəfərdir. Ümumi yoluxanların sayı 117-yə çatıb. Onların 917-si sağalıb, 184 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.

Hazırda Gürcüstan üzrə karantində saxlanılanların sayı 5 936, tibbi nəzarətdə olanların sayı isə 268 nəfər təşkil edir.