Gürcüstanda daha 12 nəfərdə koronavirus aşkarlanıb.
Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Bununla da, ölkədə koronavirusa yoluxanların ümumi sayı 1 085, sağalanların sayı isə 911-ə çatıb. Daha 4 nəfər infeksiyadan dünyasını dəyişib. Xəstəlikdən vəfat edənlərin sayı isə 16 nəfər təşkil edir.
Hazırda Gürcüstan üzrə karantində 5 724, tibbi nəzarətdə isə 247 nəfər saxlanılır.