Gürcüstanda koronavirusa yoluxanların sayı artdı

Gürcüstanda son sutka ərzində daha 4 nəfər koronavirusa yoluxub.

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla da, qonşu ölkədə koronavirusa yoluxanların sayı 943-ə, sağalanların sayı isə 821-ə çatıb. Xəstəlikdən ölənlərin sayı isə 15 nəfər təşkil edir.

Hazırda ölkə üzrə karantində 3 080, tibbi nəzarətdə isə 242 nəfər saxlanılır.

COP29