Gürcüstanda koronavirusa yoluxanların SAYI

Gürcüstanda koronavirusa yoluxanların sayı 170 nəfərə çatıb.

Yenicag.az xəbər verir ki, bu ölkədə son sutka ərzində 8 nəfər yoluxub.

Məlumata görə, öümcül virusa yoluxanların 36-sı sağalıb, 1-i isə ölüb.

Hazırda karantində 5067 nəfər, stasionar nəzarətdə isə 330 nəfər saxlanılır.