Gürcüstanda koronavirusdan ölənlərin sayı 53-ə çatdı

Gürcüstanda son sutka ərzində koronavirusdan 3 nəfər ölüb.

Yenicag.az xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Ekaterina Tikaradze bildirib.

Onun sözlərinə görə, ölüm hallarının 2-si Batumi, 1-i isə Kutaisidə baş verib.

Bununla da Gürcüstanda COVID-19-dan ümumi ölüm göstəricisi 53 nəfərə çatıb.