Gürcüstanda koronavirusla bağlı son vəziyyət

Gürcüstanda son sutkada daha 461 nəfər koronavirusa yoluxub, 12 pasiyent vəfat edib.

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 271 379 yoluxma halı qeydə alınıb. Yoluxanların 3 532-si dünyasını dəyişib.

Son 24 saat ərzində xəstəlikdən sağalanların sayı 163 nəfər artaraq 265 686-ya yüksəlib.