Gürcüstanda koronavirusla bağlı son vəziyyət – Yoluxanların sayı ARTDI

Gürcüstanda son sutka ərzində daha 158 nəfər koronavirusa yoluxub.

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da Gürcüstanda virusa yoluxanların ümumi sayı 2 075-ə, sağalanların sayı isə 1 363-ə çatıb. Xəstəlikdən 19 nəfər vəfat edib.

Hazırda Gürcüstan üzrə 5 882 nəfər karantində, 390 nəfər isə stasionar nəzarətdə saxlanılır.