Gürcüstanda koronavirusla bağlı son vəziyyət: Yoluxma artdı

Gürcüstanda son sutkada koronavirusa 268 yeni yoluxma halı qeydə alınıb, 233 nəfər sağalaraq evə buraxılıb, 5 pasiyent vəfat edib.

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

İmdiyənədək qonşu ölkədə koronavirusa 274 989 nəfər yoluxub. Onların 268 237-si sağalıb, 3 648-i ölüb.

Son 24 saat ərzində aparılan test yoxlamalarının sayı 26 399 təşkil edir.