Gürcüstanda koronavirusla bağlı son vəziyyət

Gürcüstanda son sutkada koronavirusa daha 990 nəfər yolixub, 3 265 nəfər müalicə olunaraq sağalıb, 23 pasiyent isə ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da ölkədə COVID-19-a ümumi yoluxanların sayı 228 410 təşkil edir. Onların 214 992-si sağalıb, 2 528-i isə vəfat edib.

Karantin zonalarında 415, stasionar nəzarətdə 4 664 nəfər var. Xəstəliyi yüngül formada keçirən 858 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır.