Gürcüstanda son sutka ərzində koronavirusa 3 yeni yoluxma faktı qeydə alınıb.
Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan hökuməti bildirib.
Məlumata görə, koronavirusa yoluxanların ümumi sayı 411 nəfərdir. Onların 97-si sağalıb. Daha 1 nəfər koronavirusun qurbanı olub. Bununla da ölənlərin sayı 4 nəfərə çatıb.
Ölkə üzrə karantində 5 015, stasionar nəzarətdə isə 573 nəfər saxlanılır.