Gürcüstanda koronavirusla bağlı STATİSTİKA – Daha 1 nəfər öldü

Gürcüstanda daha 16 nəfər koronavirusa yoluxub, 1 nəfər isə ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan hökuməti məlumat yayıb.

Məlumata görə, qonşu ölkədə koronavirusa yoluxanların sayı 582-yə çatıb. Onların 207-si sağalıb. Ölənlərin sayı isə 8 nəfərdir.