Gürcüstanda son sutka ərzində koronavirusa daha 179 nəfər yoluxub, 10 pasiyent sağalıb.
Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə indiyədək virusa yoluxanların sayı 2 937-yə, sağalanların sayı isə 1 422-yə çatıb. Xəstəlikdən vəfat edənlərin sayı 19 təşkil edir.
Gürcüstan üzrə karantin zonalarında 6 633, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır.