Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa daha 4 nəfər yoluxub.
Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan höküməti məlumat verib.
Bununla da ölkədə virusa yoluxanların sayı 805 nəfərə çatıb. Yoluxanların 650 nəfəri sağalıb, 13 nəfəri isə vəfat edib.
Qeyd olunub ki, Gürcüstanda koronavirus səbəbi ilə 2424 nəfər karantində saxlanılır, 304 nəfər isə stasionar şəraitdə müalicə olunur.