Gürcüstanda koronavirusla bağlı STATİSTİKA – Yoluxanların sayı 539 nəfərə çatdı

Gürcüstanda koronavirusa daha 22 nəfər yoluxub.

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan hökuməti məlumat yayıb.

Məlumata görə, koronavirusa yoluxanların sayı 539 nəfərə çatıb. Onlardan 178 nəfəri sağalıb. Daha 6 nəfəri isə dünyasını dəyişib.

Karantində 5 256, stasionar nəzarətdə isə 548 nəfər saxlanılır.