Gürcüstanda daha 1 nəfər koronavirusa yoluxub.
Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan hökuməti məlumat yayıb.
Bununla da ölkədə COVID-19-a yoluxanların sayı 809-a çatıb. Onların 674-ü sağalıb, 13-ü isə vəfat edib.
Hazırda ölkə üzrə karantində 3 161, stasionar nəzarətdə isə 285 nəfər saxlanılır.