Gürcüstanda koronavirusla bağlı STATİSTİKA – Yoluxanların sayı artdı

Gürcüstanda son sutka ərzində koronavirusa daha 3 nəfər yoluxub.

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan höküməti məlumat yayıb.

Bununla da, qonşu ölkədə indiyədək koronavirusa yoluxanların sayı 951-ə çatıb. Sağalanların sayı 828, vəfat edənlərin sayı isə 15 nəfər təşkil edir.

Hazırda Gürcüstan üzrə karantində 3 569, stasionar nəzarətdə isə 199 nəfər saxlanılır.